Xidmət üzrə mərhələlər
Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınmasına razılıq verən və notariat qaydasında təsdiq edilən sənəddir.
Yaşayış sahəsində qeydiyyata alınma ərizəsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Qeydiyyata alınacaq şəxsin vətəndaşlığını seçilir;
Əgər şəxs Azərbaycan Respublikası vətəndaşıdırsa onun fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
Şəxs əcnəbi və ya vətəndaşlığı olmayandırsa bu halda onun vətəndaşı olduğu ölkə siyahıdan seçilir, soyadını və adını daxil edilir;
2. Şəxsin qeydiyyata alınacağı Mülkiyyətçisi olduğunuz əmlakın dəqiq ünvanını daxil edilir;
3. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
4. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.