Mobil Notariat - Sənədlərin elektron qaydada rəsmiləşdirilməsi
Mobil Notariat
Ana səhifə / FAQ

Tez-tez verilən suallar.

1
Müraciətlərin göstərilməsi zamanı etibarnamələrin və ərizələrin məzmununa necə əlavə və düzəliş edilə bilər?
Bəzi etibarnamə və ərizələrin məzmun hissəsinin yuxarı sağında yerləşən "Redaktə et" düyməsini sıxaraq istədiyiniz əlavə və düzəlişləri edə bilərsiniz.
2
Müraciətə notarius tərəfindən imtina edildiyi halda ödəniş geri necə qaytarılır?
Notarius tərəfindən notariat hərəkətlərinin rəsmiləşdirilməsindən qanunvericiliyə uyğun olaraq imtina edildiyi halda vəsait dərhal ödəniş edilən bank kartına geri qaytarılır.
3
Veb-sayt vasitəsilə əmlakın satılmasına dair razılıq verilə bilərmi?
Veb-saytda təqdim edilən xidmətlər siyahısından "Daşınmaz əmlaka sərəncam ərizəsi" seçimini edərək daşınmaz əmlakın satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, kirayəyə (icarə) verilməsinə və ipoteka qoyulmasına razılıq ərizəsini rəsmiləşdirilə bilər.
4
Notariat hərəkətlərinə görə ödəniş necə həyata keçirilir?
Göstərilən xidmətlərə görə ödəniş müraciətlərin tərtibi zamanı son mərhələ olaraq birbaşa "Mobil notariat” tətbiqində “Hökümət Ödəniş Portalı” sistemi üzərindən istənilən bank kartı vasitəsi ilə həyata keçirilir.
5
Veb-sayt vasitəsilə verilən etibarnamənin həqiqiliyi necə yoxlanıla bilər?
Notariat sənədlərinin həqiqiliyi onun üzərində yerləşdirilmiş QR-kod və barkod vasitəsilə "Mobil Notariat" tətbiqi, veb-saytı və ya Ədliyyə Nazirliyinin Elektron Xidmətlər portalı üzərindən (https://exidmet.justice.gov.az:8284/Notariat/POA) yoxlanıla bilər.
6
Qeyri-iş günlərində Veb-sayt vasitəsilə övladımın ölkədən getməsinə dair razılıq ərizəsi üçün müraciət etmək mümkündür?
Veb-sayt vasitəsilə təqdim edilən notariat hərəkətləri 24/7 rejimində elektron qaydada rəsmiləşdirilir.
7
Notariat ofisindən əldə edilmiş şifrə ilə qeydiyyatdan keçdikdən sonra həmin şifrədən təkrar istifadə etmək mümkündürmü?
Notariusdan əldə edilmiş şifrə birdəfəlik istifadə üçündür. Şifrə qeydiyyatdan keçmək üçün verildiyi andan 24 saat ərzində qüvvədədir. Bu səbəbdən digər qeydiyyat üsullarından (Video müraciət əsasında, Digital Login) birini seçməklə və ya notariat ofisindən təkrar birdəfəlik şifrə əldə edilməklə qeydiyyatdan keçə bilərsiniz.
8
Veb-sayt vasitəsilə verilmiş etibarnaməni etibar edilmiş şəxsə necə göndərmək olar?
Etibarnamə rəsmiləşdirildikdən sonra şəxsi kabinetdə etibarnaməni seçərək onun aşağı hissəsində yerləşən "Paylaş" düyməsini sıxmaqla PDF formatını istənilən şəxsə elektron poçt və ya digər üsullarla göndərmək mümkündür. Bundan əlavə etibar edilən şəxs həmin sənədi "Mobil notariat" tətbiqində və ya veb-saytındakı şəxsi kabinetində də görə bilər.
9
Əcnəbilərə nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilə bilərmi?
Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazəsi olan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi sürücülük vəsiqəsini əldə etdikdən sonra onlara nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilə bilər.
10
Yaxın qohuma verilən etibarnamələr üçün ödəniş zamanı güzəştlər tətbiq edilirmi?
Yaxın qohumluq əlaqəsinin avtomatlaşdırılmış qaydada müəyyən edilməsi mümkün olmadığından ödəniş zamanı "Dövlət rüsumu haqqında" Qanunda nəzərdə tutulan güzəştlər tətbiq edilmir. Hazırda həmin xidmətin təşkili istiqamətində işlər aparılır.
11
Veb-sayt vasitəsilə verilmiş etibarnaməni ləğv etmək olarmı?
Veb-saytda təqdim edilən xidmətlər siyahısından "Etibarnaməyə xitam ərizəsi"ni seçərək tərəfinizdən verilmiş istənilən etibarnaməni, o cümlədən Veb-sayt vasitəsilə rəsmiləşdirilmiş etibarnamələri ləğv edə bilərsiz. Həmçinin bu xidmətdən istifadə edərək sizə verilmiş etibarnamədən imtina da edə bilərsiniz.
12
"Mobil notariat" veb-saytında verilən etibarnamə kağız daşıyıcıya keçirilərək notarius tərəfindən təsdiq edilməlidirmi?
Qanunvericiliyə əsasən sənədlər barədə informasiya dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından əldə edilə bilər, bu halda sənədin əslinin tələb edilməsinə zərurət yoxdur. Hər hansı quruma təqdim edilməsi zamanı notariat sənədlərinin həqiqiliyi tətbiq vasitəsilə, onun üzərində yerləşdirilmiş QR-kodlar vasitəsilə yoxlanıla bilər.
13
Veb-sayt vasitəsilə göstərilən xidmətlərdən kim istifadə edə bilər?
Bu xidmətlərdən Azərbaycan Respublikası vətəndaşları, o cümlədən ölkə xaricində olanlar, eləcə də Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşayış üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər.
Mobil Notariat