Vərəsəlik etibarnaməsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Vərəsəlik etibarnaməsi

Etibarnamə
Vərəsəlik etibarnaməsi.

blog image

Bir şəxsin vərəsəlik işlərinə aid zəruri sənədlərin toplanmasını, habelə miras əmlakın həmin şəxsin adına rəsmiləşdirilməsi üçün müvafiq hərəkətlərin həyata keçirilməsini digər şəxsə həvalə etməyə imkan yaradan və notariat qaydasında təsdiq edilən rəsmi sənəddir.

Vərəsəlik etibarnaməsinin rəsmiləşdirilməsi üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. Etibarnamə verilən şəxsin fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
  2. Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir və ehtiyac varsa nümunə mətn redaktə edilməklə əlavələr edilir;
  3. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  4. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı 2.25 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.