Vəkil etibarnaməsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Vəkil etibarnaməsi

Etibarnamə
Vəkil etibarnaməsi.

blog image

Xidmət üzrə mərhələlər

Vəkil etibarnaməsi, bir şəxsin (etibar edən) öz adından hüquqlarının müdafiə edilməsi və hüquqi maraqlarının qorunması üçün bir vəkilə səlahiyyətlər verməsini təsdiq edən rəsmi sənəddir. Bu etibarnamə vasitəsilə vəkil, etibar edən şəxsin adından məhkəmələrdə, dövlət orqanlarında, icra hakimiyyəti qurumlarında və digər təşkilatlarda hüquqlarını təmsil edə, ərizə və şikayətlər təqdim edə, müqavilələr bağlaya, habelə digər hüquqi hərəkətləri həyata keçirə bilər.

Vəkil etibarnaməsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. Etibarnamə verilən vəkilin fərdi identifikasiya nömrəsi və vəkil vəsiqəsinin nömrəsi daxil edilir;
  2. Məzmunu mülki, inzibati və ya cinayət işləri olmaqla etibarnamənin müvafiq növü seçilir;
  3. Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
  4. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  5. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı 2.25 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.