Xidmət üzrə mərhələlər
Tətbiqdə mövcud olmayan ərizə növü üçün notariusa göndərəcəyiniz elektron müraciətdir.
Sərbəst məzmunlu ərizəni rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Sənədin ünvanlanacağı qurum seçilir;
- Ərizə mətni yazılır və uyğun sənəd qoşma olaraq əlavə edilir;
- Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
- Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.