Xidmət üzrə mərhələlər
Bir şəxsin digər şəxsə onu dövlət və qeyri-dövlət qurumlarında təmsil etmək, adından müəyyən hərəkətləri həyata keçirmək kimi səlahiyyətlərin verilməsini nəzərdə tutan və notarius tərəfindən təsdiq edilən rəsmi sənəddir. Bu etibarnamə vasitəsilə, etibar edilən şəxs, etibar edən şəxsin maraqlarını təmsil edərək, sənədləşdirmə işlərini həyata keçirə və qərarlar qəbul edə bilər.
Qurumlarda təmsilçilik etibarnaməsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Etibarnamə verilən şəxsin fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
- Təmsil ediləcək qurumların adı siyahıdan seçilir və ehtiyac varsa nümunə mətn redaktə edilməklə əlavələr edilir;
- Etibarnamənin etibarlılıq müddəti və verilmiş səlahiyyətlərin gələcəkdə digər şəxsə ötürülüb-ötürülməməsi seçimi edilir;
- Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
- Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
- Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı 2.25 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 15 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.