Etibarnaməyə xitam ərizəsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Etibarnaməyə xitam ərizəsi

Ərizə
Etibarnaməyə xitam ərizəsi.

blog image

Xidmət üzrə mərhələlər

Bu notariat qaydasında təsdiq edilmiş ərizədə etibarnamə vermiş şəxs etibarnaməyə xitam verilməsini, adına etibarnamə verilmiş şəxs isə, etibarnamədən imtina etdiyini qeyd etməlidirlər. (Adına etibarnamə verilmiş şəxs dedikdə, etibarnamə üzrə sonuncu etibar edilən şəxs başa düşülür.)

Etibarnaməyə xitam ərizəsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. Xitam veriləcək etibarnamə siyahıdan seçilir;
  2. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  3. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.