Ərizədən imtina ərizəsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Ərizədən imtina ərizəsi

Ərizə
Ərizədən imtina ərizəsi.

blog image

Xidmət üzrə mərhələlər

Bir şəxsin daha əvvəl təqdim etdiyi ərizədən rəsmi şəkildə imtina etməsini bildirən sənəddir.

Ərizədən imtina ərizəsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. İmtina ediləcək ərizə seçilir;
  2. İmtina ediləcək ərizənin doğruluğu təsdiq edilir və imtina səbəbi daxil edilir;
  3. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  4. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.