Xidmət üzrə mərhələlər
Azərbaycan Respublikası "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna əsasən, vətəndaşlara pulsuz və ya güzəştli tibbi yardım almaq hüququ verilir. Bu hüquqdan yararlanan şəxslər, bəzən özləri birbaşa tibbi xidmətlərdən istifadə edə bilmədikdə, bu hüquqları başqalarına verə bilərlər. Bu məqsədlə verilən etibarnamələr, xüsusi hüquqları olan şəxslərin həmin hüquqlarını digər şəxslər vasitəsilə həyata keçirmək üçün nəzərdə tutulmuş rəsmi sənədlərdir və notariat qaydasında təsdiq olunur.
Dərmanların alınması üçün etibarnamənin rəsmiləşdirilməsi üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Sistem tərəfindən vətəndaşın adı Səhiyyə Nazirliyinin pulsuz və ya güzəştli dərman yardımı almaq hüququ olan şəxslərin siyahısında yoxlanılır;
- Ad siyahıda aşkar edildiyi halda açılmış pəncərədə etibarnamə verilən şəxsin fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
- Etibarnamənin müddəti seçilir və etibarnamə üzrə verilmiş səlahiyyətlərin digər şəxsə ötürülüb-ötürülməməsi müəyyən edilir;
- Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət ödənişsizdir.