Xidmət üzrə mərhələlər
Mülkiyyətçinin daşınmaz əmlak üzərindəki səlahiyyətlərini, (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr), digər bir şəxsə ötürməsinə razılıq verən və notariat qaydasında təsdiq edilən sənəddir.
Daşınmaz əmlaka sərəncam ərizəsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Üzərində sərəncam veriləcək əmlakın mülkiyyətçisinin fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
- Əmlak barədə məlumatlar və razılıq verilən sərəncam hüquqları siyahıdan seçilir;
- Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
- Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.