Azyaşlıya pasportun verilmə ərizəsi
Mobil Notariat
Ana səhifə / Xidmətlər / Azyaşlıya pasportun verilmə ərizəsi

Ərizə
Azyaşlıya pasportun verilmə ərizəsi.

blog image

Xidmət üzrə mərhələlər

Valideyn, övladlığa götürən, qəyyum və himayəçilərin razılığı ilə yetkinlik yaşına çatmamış şəxslərə ümumvətəndaş pasportunun verilməsinə dair ərizə.

Azyaşlıya pasportun verilmə ərizəsini rəsmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz. 

  1. Ümumvətəndaş pasportu veriləcək azyaşlının fərdi identifikasiya nömrəsini, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi daxil edilir;
  2. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
  3. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.

QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.

Xidmət üzrə ödəniş

Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.

Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.

QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.

#BBD0E0 »