Xidmət üzrə mərhələlər
Valideyn, övladlığa götürən, qəyyum və himayəçilər tərəfindən yetkinlik yaşına çatmamış şəxslərin ölkəni tərk etməsinə icazə verən rəsmi sənəddir.
Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsini rəsmiləşmiləşdirmək üçün qeyd olunmuş addımları izləməlisiniz.
- Azyaşlı üçün səyahət zamanı təqdim ediləcək sənəd seçilir;
Əgər şəxs yeni nəsil şəxsiyyət vəsiqəsi ilə ölkəni tərk edecəksə bu halda azyaşlının fərdi identifikasiya nömrəsini və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini daxil edilir.
Qeyd olunur ki, bu sənədlə yalnız Türkiyə Respublikasına səfər edilə bilər.
Ümumvətəndaşlıq pasportu ilə ölkəni tərk edecəyi halda azyaşlının yalnız fərdi identifikasiya nömrəsini daxil edilir;
2. Azyaşlını müşayiət edəcək şəxsin səyahət zamanı təqdim edəcəyi sənəd seçilir;
3. Səyahət ediləcək ölkələrin adlarını siyahıdan seçilir;
Nəzərə alınmalıdır ki, əvvəlki mərhələlərdə səyahət edən şəxslərin hər hansı birində yeni nəsil şəxsiyyət vəsiqəsi seçilərsə səyahət ediləcək ölkə kimi yalnız Türkiyə Respublikası seçimi ediləcəkdir.
4. Ərizənin etibarlılıq tarixi daxil edilir və ya “yetkinlik yaşına çatanadək” seçimi edilir.
5. Məlumatların doğruluğu təsdiqlənir və qaydalara uyğun video çəkiliş həyata keçirilir;
6. Xidmət üzrə ödəniş həyata keçirilir və müraciət notariusa yönləndirilir.
QEYD: Məlumatlar və videoyazı notarius tərəfindən yoxlanılacaq, qanunvericiliyin tələblərinə uyğun olduğu halda təsdiq ediləcək və bu barədə sizə bildiriş göndəriləcəkdir.
Xidmət üzrə ödəniş
Xidmət üzrə ölkədaxili müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı 3 manat təşkil edir.
Ölkəxarici müraciətlər üçün dövlət rüsumu 3 manat, xidmət haqqı isə 34 manat təşkil edir.
QEYD: Xidmət zamanı bank tərəfindən müəyyən edilən əlavə komissiya tətbiq olunacaqdır.