Niyə "Mobil Notariat" seçməlisiniz?
Mobil Notariat
Ana səhifə / Bloq / Niyə "Mobil Notariat" seçməlisiniz?

Niyə "Mobil Notariat" seçməlisiniz?

blog image

Mobil Notariat, notariat xidmətlərini vətəndaşlar üçün daha əlçatan etmək məqsədilə yaradılmış vahid notariat platformasıdır. Mobil Notariat ənənəvi notariat proseslərini elektron mühitə daşıyaraq istifadəçilərə etibarnamə, ərizə və digər notariat sənədlərini asanlıqla rəsmiləşdirmək imkanı yaratmışdır. Bu xidmət həm mobil tətbiq, həm də veb-sayt formatında təqdim olunur ki, bu da istifadəçilərə platformaya istənilən cihazdan daxil olmaq imkanı verir.

Mobil Notariat-ın üstünlükləri 

Mobil Notariat platforması bir çox üstünlüklərə malikdir. İlk növbədə, platforma istifadəçilərə vaxt və məkan məhdudiyyəti olmadan xidmət təqdim edir. Notariat sənədlərinin elektron qaydada rəsmiləşdirmək prosesi istifadəçilərə sürət və rahatlıq bəxş edir.

Platformanın 24/7 rejimində fəaliyyət göstərməsi, bayram günləri və həftə sonları da daxil olmaqla, istənilən vaxt xidmət almağa imkan yaradır. Bu, xüsusilə daima məşğul şəxslər və ya xaricdə yaşayan insanlar üçün böyük üstünlükdür. Mobil Notariat istifadəçilərinə cari sənədlərini izləmək, statusları ilə bağlı əməliyyatlar aparmaq və sənədlərin müddətinin bitməsi barədə bildirişlər almaq imkanını da verir.

Bununla yanaşı, elektron sənəd mübadiləsinin təmin edilir. Platformada istifadəçilərin məlumatlarının təhlükəsizliyi müasir standartlara uyğun şəkildə qorunur ki, bu da istifadəçi güvənini artırır.

Notariat xidmətləri

Mobil Notariat, ənənəvi notariat xidmətlərini rəqəmsal mühitə daşıyaraq vətəndaşlara geniş imkanlar təqdim edir. Platforma vasitəsilə etibarnamələr, ərizələr və digər notariat sənədləri elektron qaydada rəsmiləşdirilmək mümkündür:

  • Nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi;
  • Daşınmaz əmlaka sərəncam etibarnaməsi;
  • Vəkil etibarnaməsi;
  • Bank etibarnaməsi;
  • Vərəsəlik etibarnaməsi;
  • Qurumlarda təmsilçilik etibarnaməsi;
  • Dərmanların alınması üçün etibarnamə;
  • Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi;
  • Azyaşlıya pasportun verilmə ərizəsi;
  • Daşınmaz əmlaka sərəncam ərizəsi;
  • Ərizədən imtina ərizəsi;
  • Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi;
  • Təhsil tələbə krediti ərizəsi;
  • Sərbəst məzmunlu ərizə;
  • Kirayə müqaviləsi.

Sürət və rahatlıq

Mobil Notariat, sənədlərin rəsmiləşdirilməsi prosesini sadələşdirərək sürətli və rahat xidmət təklif edir. Ənənəvi notariat ofislərinə fiziki müraciətlər, çox vaxt gözləmə və əlavə prosedurlar tələb etdiyi halda, Mobil Notariat bu prosesləri rəqəmsal bir platformada birləşdirir. İstifadəçilər sadəcə bir neçə kliklə sənədlərini hazırlayıb rəsmiləşdirə bilərlər. 

Mobil Notariat istifadəçilərin ehtiyaclarına uyğun funksional interfeys təqdim edir. Mobil Notariat ilə sənədlərini rəsmiləşdirmək istəyən hər kəs sadəcə tətbiqi yükləyib və ya veb-sayta daxil olub asanlıqla qeydiyyatdan keçə bilər.

24/7 xidmət: hər zaman, hər yerdə əlçatanlıq

Mobil Notariat-ın ən böyük üstünlüklərindən biri 24/7 rejimində fasiləsiz fəaliyyət göstərməsidir. İstər iş günü, istər həftə sonu, istərsə də bayram günlərində istifadəçilər platformaya daxil olaraq xidmətlərdən yararlana bilərlər. Bu cür fasiləsiz fəaliyyət, xüsusilə gərgin iş qrafikində olan şəxslər və xaricdə yaşayan vətəndaşlar üçün böyük rahatlıq təmin edir.

Bununla yanaşı, platforma mobil tətbiq və veb-sayt vasitəsilə həm kompüterdən, həm də smartfondan əlçatan olduğundan, istifadəçilər öz sənədlərini dünyanın istənilən nöqtəsindən asanlıqla idarə edə bilirlər. 

İstifadəçi təyinatı

Mobil Notariat ilə ölkədə və xaricdə yaşayan Azərbaycan vətəndaşları, Azərbaycanda müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər əməliyyatlarını fasiləsiz rəsmiləşdirə bilərlər. 

Elektron qaydada sənədlərin rəsmiləşdirilməsi

Mobil Notariat, sənədlərin rəsmiləşdirilməsi prosesini tamamilə elektron qaydaya keçirərək istifadəçilərə sürətli və müasir həllər təqdim edir. Ənənəvi üsullarla müqayisədə, elektron sənədlərin hazırlanması və təsdiqlənməsi xeyli daha sürətlidir. Bu, həm vaxt qənaəti, həm də sənədlərin daha təhlükəsiz şəkildə idarə olunmasını təmin edir.

Platforma istifadəçilərə sənədlərinin statusunu izləmək və onların qüvvədən düşməsi ilə bağlı məlumatı vaxtında əldə etmək imkanını verir. Elektron qaydada sənədlərin təsdiqlənməsi həm hüquqi tələblərə cavab verir, həm də fiziki sənədlərin saxlanması ilə bağlı problemləri aradan qaldırır. Bu da Mobil Notariatı müasir dövrün tələblərinə tam uyğun edən ən mühüm xüsusiyyətlərdən biridir.

Sənəd statusunun asanlıqla izlənməsi və bildirişlər

Mobil Notariat, istifadəçilərə sənədlərinin statusunu real vaxtda izləmə imkanı yaradır. Platforma üzərindən rəsmiləşdirilən hər bir sənədin vəziyyəti, təsdiqlənməsi və ya qüvvədə qalma müddəti asanlıqla izlənə bilər. Bu proses zamanı istifadəçilər sənədlərin hansı mərhələdə olduğunu, təsdiq olunub-olunmadığını və ya hüquqi qüvvəsinin nə zaman bitəcəyini dərhal görə bilirlər.

Bununla yanaşı, sistem sənədlərlə bağlı bildirişlər göndərərək istifadəçiləri vacib yeniliklərdən xəbərdar edir. Məsələn, bir etibarnamənin müddətinin bitməsi yaxınlaşdıqda və ya sənəddə hər hansı dəyişiklik olduğunda, istifadəçilər dərhal bildiriş alırlar. Bu, sənədləri daim yenilənmiş və hüquqi tələblərə uyğun şəkildə saxlamağa kömək edir.

Mobil Notariat ilə sənədləri rəsmiləşdirin

Mobil Notariat ilə sənədlərin rəsmiləşdirilməsi həm sürətli, həm də əlçatan prosesdir. Ənənəvi notariat xidmətlərində olduğu kimi uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Bir neçə sadə addımla sənədləri təsdiq etmək mümkündür. Etibarnamə, ərizə və digər notariat sənədləri elektron qaydada, dünyanın istənilən yerindən rəsmiləşdirilə bilər.

İstifadəçilərə vaxt itirmədən, əlavə resurs xərcləmədən və stress yaşamadan hüquqi tələbləri qarşılama imkanı yaradır. Mobil Notariat sayəsində vətəndaşlar işlərini daha effektiv şəkildə idarə edə bilir, sənədlərini rəqəmsal mühitdə təhlükəsiz və sürətli şəkildə rəsmiləşdirirlər.

Mobil Notariat