Mobil Notariat qeydiyyat prosesinin aparılma qaydası
Mobil Notariat
Ana səhifə / Bloq / Mobil Notariat qeydiyyat prosesinin aparılma qaydası

Mobil Notariat qeydiyyat prosesinin aparılma qaydası.

blog image

Mobil Notariat qeydiyyat prosesini tamamlamaqla, Siz, bir çox notariat hərəkətlərin elektron qaydada icrasını edə bilərsiniz. Günümüzdə bir çox insan mülk alarkən, nəqliyyatını etibar edərkən, evini kirayəyə verərkən və bir çox fərqli məqamlarda notarius ofislərinə yaxınlaşıb, notariat hərəkətləri aparırlar. Lakin, burada diqqətə alınmalı məqam çoxdur: sənədlərin təcili rəsmiləşdirilməsi, notariat ofisində müraciət edənlərin növbə gözləməsi, vaxt itkisi, sənədlərin rəsmiləşdirilməsi prosesində yaranan problemlər, və s. 

Bu kimi halların qarşısını almaq mümkündür. Bunun üçün, evdən çıxmadan və heç bir vaxt itikisi olmadan, Mobil Notariat-dan istifadə edə bilərsiniz. Mobil Notariat qeydiyyat prosesini tamamladıqdan sonra notariat hərəkətlərini elektron qaydada aparmaq mümkündür. Siz, Mobil Notariat platforması ilə 24/7 rejimdə, istənilən məkanda sənədlərinizi rəsmiləşdirə bilərsiniz. Bu xidmətlərə aşağıdakılardır:

  • Nəqliyyatdan istifadə və sərəncam etibarnaməsi;
  • Daşınmaz əmlaka sərəncam etibarnaməsi;
  • Vəkil etibarnaməsi;
  • Bank etibarnaməsi;
  • Vərəsəlik etibarnaməsi;
  • Qurumlarda təmsilçilik etibarnaməsi;
  • Dərmanların alınması üçün etibarnamə;
  • Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi;
  • Azyaşlıya pasportun verilmə ərizəsi;
  • Daşınmaz əmlaka sərəncam ərizəsi;
  • Ərizədən imtina ərizəsi;
  • Yaşayış sahəsində qeydiyyata alınma ərizəsi;
  • Təhsil tələbə krediti ərizəsi;
  • Sərbəst məzmunlu ərizə;
  • Kirayə müqaviləsi.

Tətbiq vasitəsilə əlavə olaraq aşağıdakı xidmətlərdən istifadə etmək də mümkündür:

  • Sənədlərin "QR-kod" və ya "Barkod vasitəsilə həqiqiliyini yoxlamaq;
  • Respublika arazisində fəaliyyət göstərən bütün notariat ofislari va notariuslar barədə məlumat əlda etmək, eləcə də ofislarin 360 daraca görüntüsünü nəzərdən keçirtmək;
  • Vərəsəlik işlərinin açılıb-açılmamasının yoxlamaq

Siz bu kimi xidmətlərdən istifadə etmək üçün, ilk olaraq Mobil Notariat platformasından qeydiyyatdan keçməlisiniz. Bunun üçün Appstore və ya Google Play-dən Mobil Notariat tətbiqini yükləyə və ya http://notariat.az/ veb-saytına daxil olaraq tamamlaya bilərsiniz. 

Mobil Notariat qeydiyyat prosesləri

Mobil Notariat-da 3 növ qeydiyyat üsulu təqdim olunmuşdur. 

  • Notariusdan əldə edilmiş kod ilə;
  • Video müraciət ilə;
  • Digital login ilə.

Siz 3 üsuldan istifadə edərək, Mobil Notariat qeydiyyat prosesini tamamlaya bilərsiniz. 

Notariusdan əldə edilmiş kod

İlk olaraq, əgər siz notariusdan birdəfəlik şifrə əldə etmisinizsə, şifrə qeydiyyatdan keçmək üçün sizə verildiyi andan etibarən 24 saat ərzində qüvvədədir. Bu səbəbdən, şifrə qüvvədən düşdükdən sonra, sizə təqdim olunmuş digər 3 seçimdən biri ilə davam edə, və ya yenidən notariat ofislərinə yaxınlaşaraq birdəfəlik şifrə əldə edə bilərsiniz.

Video müraciət

Mobil Notariat qeydiyyat proseslərindən ən çox istifadə olunan üsul videoya müraciətdir. Prosesin rahat və sürətli olması istifadəçilərin bu üsulu istifadə etmələrinə təşviq edir. 

Notariusa video müraciət göndərməklə qeydiyyatınızı tamamlaya bilərsiniz. Müraciətiniz notarius tərəfindən təsdiqləndikdən sonra Sizə məlumat göndəriləcdir. 

Açılmış ekranda FİN, şəxsiyyət vəsiqənizin seriya və nömrəsini daxil edin.

Növbəti açılmış səhifədə uyğun məlumatları boş xanalara doldurun.

Tərəfinizdən video çəkiliş aparıldıqdan sonra, qeydiyyat üçün müraciət etmiş olursunuz. 

Digital Login

Siz, Digital Login hesabınızla bir-başa qeydiyyatdan keçə bilərsiniz. Əgər Digital Login hesabınız yoxdursa, asanlıqla yarada bilərsiniz. Hesabınız olduğu təqdirdə Sizə verilən 3 seçimdən biri ilə Mobil Notariatda qeydiyyatdan keç bilərsiniz.

Sənədlərinizi asanlıqla rəsmiləşdirin!

Mobil Notariat qeydiyyat prosesini tamamlayaraq, siz artıq notariat ofislərinə vaxt sərf etmədən bir çox notariat hərəkətləri elektron qaydada icra edə bilərsiniz. İstər nəqliyyat, istərsə də daşınmaz əmlak məsələlərində etibarnamələr vermək, sənədlərin rəsmiləşdirilməsi və digər notariat xidmətləri Mobil Notariat vasitəsilə daha sürətli və asandır. Tətbiqi yükləyin və ya veb-saytdan bir-başa istifadə ilə notariat işlərinizi hər yerdən, istənilən vaxt həyata keçirməyə başlayın. 

Mobil Notariat